Reklam üçün əlaqə: @gurbanovjeyhun
Qeyd: Qarşılıqlı reklam edilmir.
Statistikalar: https://bit.ly/3uId8Pr
Информация о канале обновлена 20.11.2025.
Reklam üçün əlaqə: @gurbanovjeyhun
Qeyd: Qarşılıqlı reklam edilmir.
Statistikalar: https://bit.ly/3uId8Pr
◉ Finlandiyadakı "Solar Foods" şirkətinin hazırladığı “Solein” adlı bu toz çox az resursla istehsal olunur. Mütəxəssislər - mikroblar, hava, elektrik və sidiyin tərkibindəki “karbamid” ilə kosmos yeməyi hazırlayıblar.
Bu protein tozunu niyə “kosmos yeməyi” adlandırırlar? Çünki bu toz uzunmüddətli Ay və Mars missiyalarında astronavtlar üçün vacib qida resursu ola bilər.
Avropa Kosmik Agentliyi (ESA) gələcəyin astronavtlarını bu qida ilə təmin etmək istəyir. Məqsəd planetimizdən çox uzaqlarda, məhdud imkanlarla qida istehsal etməkdir. Bu idea reallaşsa, kosmosa daşınacaq qida yükünü də azaltmış olacaqlar.
“Solein”in dadı haqqında sadəcə yumşaq, xəfif olduğunu bildirirlər. Nuş olsun!
✅ İstinad: Room/Eu, Independent
✅ Hazırladı: Ceyhun Qurbanov (@alberteyniseydi)
◉ Meta şirkətinin dələduzluq və qanunsuz məhsul reklamlarından hər il təxminən 16 milyard dollar qazanc əldə etdiyi iddia olunur.
Bu nəhəng məbləğin tərkibinə saxta e-ticarət saytları, aldadıcı investisiya planları, qanunsuz onlayn qumarxanalar və qadağan olunmuş tibbi məhsulların satışı kimi bir çox fərqli dələduzluq növü daxildir.
10 ildən çoxdur ki, Facebook və Instagram səhifəm var. Bu platformaların dəfələrlə absurd səbəblərə görə postlarımı sildiyinə şahid olmuşam. Qazanc əldə etdikləri bu fırıldaq reklamlara isə göz yummağa davam edirlər. 🤦♂️
➡ @alberteyniseydi
◉ Polşanın paytaxtı Varşavada gənclər Qəzzadakı soyqırıma, İsrailə dəstək verdiyi üçün (iddia) "Pizza Hut"a qarşı belə bir kreativ etiraz ediblər.
◉ Avstraliyada alimlər həm atmosferdən təmiz su toplayan, həm də səthin temperaturunu 6°C-ə qədər azaldan yeni bir boya ixtira ediblər.
Sidney Universiteti və "Dewpoint Innovations" startapının birgə layihəsi olan bu ixtira, həm quraq bölgələrdə su çatışmazlığını, həm də isti havaların təsirini azaltmaq üçün nəzərdə tutulub.
⚪ Boya günəş işığının 97%-ni əks etdirir;
⚪ Boya gündə hər kvadrat metr üçün 390 ml su toplayır;
⚪ 12 kvadrat metrlik sahə bir insanın gündəlik su ehtiyacını qarşılayır.
🚩Qeyd: Foto şərtidir. Burada sizin reklamınız ola bilər.
✅ İstinad: Independent, Sydney/edu
✅ Hazırladı: Ceyhun Qurbanov (@alberteyniseydi)
◉ Qədim Romada valideynini öldürən şəxslərə verilən dəhşətli cəza
🔥Yeni HONOR X9d artıq satışdadır!
7 noyabr – 31 dekabr tarixləri arasında alınan smartfonlara əlavə ekran zəmanəti təqdim olunur. Təklifə alışdan sonra altı ay ərzində ekranın təmiri və ya bir dəfə dəyişdirilməsi xidməti daxildir.
● 2.5 metr hündürlükdən düşməyə davamlı
● IP68 + IP69K suya və toza qarşı davamlılıq
● 8300 mAh tutuma malik, üç günə qədər davam gətirən batareya
● 66 Vt HONOR SuperCharge sürətli şarj texnologiyası
● 108 MP əsas süni intellekt (AI) kamerası
● 120 Hz yenilənmə tezliyi
● Snapdragon 6 Gen 4 prosessoru
● Android 15 əsaslı MagicOS 9.0 əməliyyat sistemi
💰Nağd alışda qiymətlər:
8 GB + 256 GB — 799,99 AZN
12 GB + 256 GB — 899,99 AZN
🎨 Rəng seçimləri:
Qırmızımtıl Qəhvəyi, Gecəyarı Qarası və Meşə Yaşılı.
HONOR X9d artıq Azərbaycanda İrşad, Soliton, Kontakt Home, Smart Electronics, Digital Home, Barkod, World Telecom, ByTelecom, Birmarket mağazalarında və Azercell, Bakcell və Nar rəsmi dilerlərində satışdadır.
➡️ https://www.honor.com/az/phones/honor-x9d/
◉ Bildiyiniz kimi, Apple Süni İntellekt mövzusunda xeyli geridə qalıb. Rəqiblərlə fərqi bağlamağa məcburdular. Bunun üçün "Apple" şirkəti "Siri"ni "Google"un "Gemini" süni intellekti ilə yeniləmək istəyir.
Bu səbəbdən "Apple" şirkəti "Google" şirkətinə ildə təxminən 1 milyard dollar ödəməli olacaq.
◉ @alberteyniseydi
🔥Qarabağ növbəti möcüzəni reallaşdırdı... Azərbaycan futbolunun gördüyü ən maraqlı anlara şahid olduq! Ən güclülərlə başa-baş savaşdıq.
Qarabağ 2 - 2 Çelsi
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Подтвердите, что вы не робот
Вы выполнили несколько запросов, и прежде чем продолжить, мы ходим убелиться в том, что они не автоматизированные.
Наш сайт использует cookie-файлы, чтобы сделать сервисы быстрее и удобнее.
Продолжая им пользоваться, вы принимаете условия
Пользовательского соглашения
и соглашаетесь со сбором cookie-файлов.
Подробности про обработку данных — в нашей
Политике обработки персональных данных.