2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
"Bu, ümumi büdcənin 8,3 faizini təşkil edir. Sözügedən rəqəm 2025-ci illə müqayisədə 85 milyon manat və ya 1,7 faiz çoxdur.
Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb. Bu artımlar, əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib".
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.